Le Vuage BioSaniS 5 Litr

16.80

BioSaniS biosidal məhsullar standartlarına uygun geniş spektrli kombinə dezinfeksiya formuludur.
Tərkib hissəsinin ana təsir maddəsi “Polymeric Quaternary Ammonium Chloride” – insan sağlamlığına zərərsiz olması və effektivliyi səbəbiylə 40 ilə yaxındır ki, əməliyyat alətlərinin dezinfeksiyasında istifadə olunur. Biz bu maddəni təkmilləşdirərək təsirinin uzun müddətliyini təmin etdik və istifadə spektrini genişlətdik.. Le Vuage BioSaniS bakteriyaların vegetativ formalarına və sporlarına, habelə virus, kif, göbələk, yosun və sair parazit və patogenlərə qarşı sürətli, effektiv və qalıcı təsir özəlliyinə malikdir. Le Vuage BioSaniS bütün növ biofilmləri yox etdiyi kimi, biofilm əmələ gəlməsinin də qarşısını alır. Ekoloji təmizliyi və təhlükəsizliyi səbəbiylə akvarium, heyvandarlıq, suvarma və içməli su kimi həssas sahələrdə rahatlıqla istifadə olunur. Le Vuage BioSaniS istifadə şərtlərindən, şəraitindən və istiqamətindən asılı olaraq 90 günə qədər dezinfeksiya təsirini qoruyub saxlayır.
✓ Havada
✓ Suda
✓ Hər cür səthlərdə
✓ Hər növ materialda istifadəyə uyğundur.
✓ Masa və bütün mebel səthlərində
✓ Güzgü və hər növ şüşə səthlərində
✓ Bütün növ məişət avadanlıqları səthlərində
✓ Xalça və hər cür parça səthlərində
✓ Kondisioner və havalandırma sistemlərində effektiv dezinfeksiya təmin edir.
✓ Pis qoxuları (Siqaret, tər, kif, zibil və s.) aradan qaldırır.
✓ Normal su ilə seyrəldilərək istifadə olunur.
✓ 20 litr suya 1 litr Le Vuage BioSaniS əlavə edin.
Dezinfeksiya prosesi silmə, püskürmə, batırma , paspaslama vəya ULV kimi üsullarla tətbiq oluna bilər.